"Hyundai" 48 minə yaxın avtomobili geri çağırdı

30 İyun 2020 21:39 (UTC+04:00)

"Hyundai Motor" şirkəti Rusiyada 48 minə yaxın avtomobili geri çağırıb.

Bu qərar əyləc zamanı təkərlərin antiblok sistemində mümkün qısaqapanma ilə əlaqədar verilib.

Geri çağırılma 2005-ci ilin avqustundan 2011-ci ilin mayınadək satılmış "Elantra" modellərinə şamil olunub.

Həmin avtomobillərdə təmir işləri ödənişsiz həyata keçiriləcək.