Xiaomi planetin ən innovativ şirkətləri siyahısına daxil oldu

30 İyun 2020 12:16 (UTC+04:00)

Xiaomi planetin ən innovativ şirkətləri sırasına daxil olub. 10 yaşlı şirkət 50 ən innovativ şirkətinin reytinqinə daxil olmağı bacarıb.

Mövqe.az ted.az-a istinadən bildirir ki, bu barədə Boston Consulting Group-un (BCG) hesabatı yayılıb.

Hesabata görə, Xiaomi planetin yenilikçi şirkətləri arasında 24-cü yeri tutur. Çin firması Intel, Dell, Philips, Oracle, Siemens və bir çox texnologiya nəhənglərinin reytinq "qonşu"sudur.

Qeyd edək ki, reytinqin birinci yeri "Apple" şirkətinə məxsusdur.