Bakıda evdən qadın meyiti tapılıb

1 İyul 2020 17:50 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən Mövqe.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Xaziyeva Alla Akilovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.