Emin Ağalarov İmranın köməyinə çatdı

24 İyul 2013 14:15 (UTC+04:00)

Rusiyada yaşayan biznesmen Emin Ağalarov "Nabran Holiday Village" istirahət mərkəzində hadisə nəticəsində ayaqlarını itirən İmran Cəfərzadənin müalicə xərclərini öz üzərinə götürüb. Mövqe.az-ın xəbərinə görə, bu barədə məlumat Emin Ağalarovun Facebook-dakı səhifəsində verilib.


Artıq bununla bağlı nümayəndələr İmranın atasının yanına gəlib və bildiriblər ki, buütün xərclər Emin Ağalarov tərəfindən ödəniləcək. Bir neçə gündən sonra isə İmran Almaniyaya aparılacaq.