BDU-nun yataqxanaları sökülür

24 İyul 2013 15:12 (UTC+04:00)

Bakı Dövlət Universitetinin tələbə yataqxanlarının söküntüsünə başlanılıb. 

"Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl yataqxanada məskunlaşan məcburi köçkünlər oradan köçürülmüşdü.

Qeyd edək ki, sökülən yataqxananın yerində yeni tələbə şəhərciyi salınacaq. Yeni layihə əsasında 5000 tələbəlik yataqxana tikilərək istifadəyə veriləcək.