Göyçayda 33 yaşlı qadını avtomobil vurdu

2 İyul 2020 21:44 (UTC+04:00)

Göyçay rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1987-ci il təvəllüdlü Əlimərdanova Günay Rəcəb qızını yolu keçmək istəyərkən "VAZ-2109" markalı minik avtomobili vurub. O, Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.