Aynur 3 ildir oğlunu görmür: “Atasını seçdi”

2 İyul 2020 22:49 (UTC+04:00)

Müğənni Aynur Dadaşova "5/5" verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, ifaçı şəxsi həyatı barədə danışıb. Sənətçi 3 ildir oğlu ilə münasibətinin olmadığını açıqlayıb:

“İki övladım var. Oğlum 3 ildir ki, artıq atasının yanında qalır. Görə bilmirəm, xarici ölkələrdə olur. Atasını istədi.  Deməyəcəkdim ki, ananı istə. Artıq 16 yaşı var. Bacısı ilə əlaqəsi var. Fikirlər uşaqlarda da, böyüklərdə də sərbəstdir. Övlad o cür xoşbəxtdirsə, valideyn də yaxşı olur. O mənim övladımdır, canımın yarısıdır”.