Həbib Nurməhəmmədovun atası vəfat etdi

3 İyul 2020 15:20 (UTC+04:00)

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov dünyasını dəyişib. 

Mövqe.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Çeçenistan prezidenti Ramzan Kadırov bildirib. 

O, bütün çeçen xalqına və Abdulmanap Nurməhəmmədovun ailəsinə başsağlığı verib.