İyun ayında nə qədər şəxsə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardım ödənilib?

3 İyul 2020 15:55 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayında ümumilikdə 2,3 milyondan çox şəxsə sosial təminat növləri üzrə ödənişlər edilib.

Onlardan 1 milyon 264 min nəfərinə pensiya, 421 min nəfərinə müavinət, 300 min nəfərinə təqaüd ödənilib. 84 min ailə üzrə 350 mindən çox ailə üzvünə isə ünvanlı sosial yardım verilib.

İyun ayında sosial ödəniş alanların sayı ötən ilin iyun ayı ilə müqayisədə 7,4 faiz və ya 161 min nəfər çox olub.

Ötən ay pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımların maliyyələşdirilməsinə ümumilikdə 480 milyon manat vəsait yönəldilib ki, bu da 2019-cu ilin müvafiq göstəricinə nisbətən 19,25 faiz və ya 77,5 milyon manat çoxdur.