Maşını olanların nəzərinə: SMS alanda belə yazın!

3 İyul 2020 18:00 (UTC+04:00)

Hər bir əməkdaşa icazə verildikdə onun avtomobilinin seria nömrəsi də qeyd olunur.

Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Sms icazə alan şəxslərin fərdi nəqliyyat vasitələrindən istifadə etməsi üçün plan hazırlanır. Belə ki, vətəndaşlar icazə aldıqda, onlar nəqliyyat vasitələrinin seriya nömrəsini də sms də qeyd edəcəklər".