Bakıda 40 yaşlı kişi bıçaqlandı

4 İyul 2020 09:29 (UTC+04:00)

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Mövqe.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1980-ci il təvəllüdlü Ağayev Malik Əlövsət oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin və sol saidin kəsilmiş yaraları diaqnozu qoyulub.