Ermənistanda xalqın inamını qazanan siyasətçi qalmayıb

4 İyul 2020 08:30 (UTC+04:00)

 

Ermənistanın siyasi həyatı getdikcə gərginləşir və müxalifətlə hakimiyyət araslnda mübarizə kəskinləşir. Sadə insanlar artıq ölkədə baş verən qeyrimüəyyənlikdən başlarını itirmiş kimi görünür və kimə ümid bəsləmək lazım olduğunu bilmirlər. Çünki, müstəqillik qazanandan bəri bu ölkədə inkişaf adına ciddi bir irəliləyiş baş verməyib və Ermənistan dövləti öz mənfur siyasəti ucbatından küncə qısılmış vəziyyətdə qalıb. Lakin siyasi qüvvələr bu haqda düşünmək belə istəmirlər. Onların bir məqsədi var, hansı yolla olur olsun, hakimiyyəti ələ keçirmək.

İnqilab ya qeyri-inqilab yolu ilə, fərqi yoxdur, Paşinyan hakimiyyətə gələndə hamı elə bilirdi ki, daha cinayətkarlığın sonu gəldi, ölkə inkişaf yoluna çıxacaq və tədricən həyat öz axarına düşəcək. Amma çox keçmədən məlum oldu ki, “məxməri” inqilabçıların nə dayaqları vaqr, nə də resursları. Heç siyasətdən də düzəmçəlli baş çıxarmırlar. Köhnələr necə, bunlar də eləcə. Korrupsiya, mənfəətpərəstlik, yalnız özünü və hakimiyyətini düşünmək elə bil ermənilərin boyuna biçilib və bundan savayə gözləri və ağılları heç nəyi görmür və düşünmür.

Bu günlərdə eks prezident Serj Sarqsyanın rəhbərliyi ilə Respublika partiyası icraiyyə komitəsinin toplantısının keçirilməsi cəmiyyətdə yeni təlatüm doğurub. “Axı, nə vermisiniz bu xalqa ki, ala bilmirsiniz” deyə adamlar köhnə klanın qarasına deyinirlər.

Siyasi mövzularda yazan erməni jurnalist Tevos Arşakyan siyasi fiqur kimi eks prezidenti SSRİ-nin ilk və son səfeh prezidenti Mixail Qorbaçova bənzədir. “Sarqsyan – erməni Qorbaçovdur: heç nəyi bəyənmir, amma hakimiyyət arzulayır” adlı məqaləsində yazır ki, 2018-ci ildə “məxməri” inqilab baş verəndə ğlkə əhalisinin çoxuna elə gəlirdi ki, devrilmiş Sarqsyanın və onun partiyadan olan “banda”sının artıq siyasi gələcəyi yoxdur. Həqiqətən qəzəbli kütlə Serji və onun partiyasını “siyasi meyit” deyərək lənətləyirdi. Lakin zaman göstərdi ki, nə Sarqsyan, nə də onun yaxın ətrafı belə düşünmür. Hadisələrin gedişatından belə görünür ki, keçmiş Qarabağ klanı iki il əvvəl siyasi tryukda bulunub və həmin dövrdə ölkənin ağır vəziyyətini kiminsə üstünə yıxmaq üçün müvəqqəti geri çəkilib. İndi isə Paşinyanın reytinqinin tamamilə aşağı düşməsini düçünür deyə hücuma hazırlaşır.

Maraqlı burasındadır ki, Sarqsyan ölkənin iqtisadi vəziyyətini də müzakirə edir və unudur ki, onun hakimiyyəti dövründə də vəziyyət bundan yaxşı deyildi. Əhalinin “şam yeməyi”  adlandırdığı keçmiş klan üzvləri olan respublikaçılarının siyasi toplantısında ölkədəki fövqəladə rejimin ləğvi də müzakirəyə çıxarılıb. Çünki,Ş hazırda Ermənistanda yaranmış ölü siyasi vəziyyət əhalini mitinqə, yürüşə çıxmağa təhrik edir, fövqəladə rejim isə bunun qarşısını alır. Demək, köhnələrin fikri ölkədə yeni etirazlar dalğasının başlanmasını körükləməkdir. Əslində bu toplantı Serjin siyasətə qayıdışını göstərən amildir.

Tevos Arşakyan köhnə klanın qayıdış məasədinə toxunaraq yazır: “Əlbəttə, indiyə qədər Paçinyan və onun rəhbərlik etdiyi hökumətin həll edə bilmədiyi problemlər Koçaryanın vaxtında yaranmış və Sarqsyanın dövründə daha da dərimləşmişdir. Məhz Robik-Serjik cütlüyü ölkəni sosial-iqtisadi dalan sürükləyib və bu vaxta qədər düzəltməsinin mümkünlüyü təsəvvür olunmur. Dağıdıblar, alçaldıblar, məhv ediblər ölkəni, indi isə hələ bir sosial-iqtisadi problemlərdən də danışırlar”.

Məqalə müəllifi Sarqsyanın siyasi reanimasiya cəhdini Qorbaçovun vaxtilə siyasi həyata qayıtmaq cəhdi ilə müqayisə edir: “Düşünürəm ki, əgər desəm ki, Rusiyada və Ermənistanda iki istənilməyən, nifrət edilən siyasətçi varsa, bunlar Qorbaçov və Sarqsyandır, heç də Amerika açmış olmaram. Mixail Sergeyeviç hər şeyi-ölkəni, karyeranı, hörməti biabırcasına uduzdu. Buna baxmayaraq, 1996-cı ildə qərara gəldi ki, prezidentliyə namizədliyini irəli sürsün. Xatırlayıram ki, o vaxt Qorbaçov televiziyadakı çıxışında demişdi: “Hər şeyi mən daöıtmışam, mən də yığacam”. Nəticədə o, cəmi 0,51% səs topladı və başa düşdü ki, onun siyasi karyerası birdəfəlik bitib. Keçmiş baş katib daha qayıtmaq üçün heç bir cəhd etmədi və milyonların yaddaşında əclaf kimi qaldı”. Arşakyan qeyd edir ki, 2018-ci ilin parlament seçkilərində Respublika partiyası müəyyənləşdirilən limiti keçə bilmədi və parlamentdən kənarda qaldı.  Bu da o deməkdir ki, xalq artıq Sarqsyanı görmək istəmir. Belə görünür ki, hakimiyyət hərisliyi onda obyektivlik instinktini tamam itirib.

Bu deyilənlərdən belə nəticə çıxarmaq olar ki, əhali Serji görmək istəmir, Paşikdən də zəhləsi gedir. Bəs, onda kim? Erməni xalqının namizədi yoxdur. Belə çıxır ki, iş gedib çıxacaq yenə Kremlin namizədinə. Amma indiyədək nə şimalın, nə də Qərbin namizədləri ermənilərə bir gün ağlaya bilib. Ermənilərin özündə isə bu işi layiqincə yerinə yetirə bilən namizəd yoxdur. Bəs, nə etməli? Yaxşı olar ki, ermənilər bu sual ətrafında baş sındırsınlar.

N.NOVRUZ