Azərbaycanın sürətli inkişafı ikili standartlı qüvvələrin yuxusuna haram qatıb

4 İyul 2020 08:45 (UTC+04:00)

 

İndiki dövrdə dünya siyasətində dövlətlərin, ölkə başçılarının müxtəlif meyarlar əsasında reytinqini müəyyənləşdirmək, bir növ, siyasi dəbdir. Lakin reallıqda bu, bəzi iri qüvvələrin öz məqsədləri üçün həyata keçirdikləri siyasətin zərrəciklərinə çevrilir. Belə reytinq təşkilatları əsasən dünyanın nəhəng, beynəlxalq siyasətə güclü təsir edə bilən dövlətlərdə yaranır. Buna görə də onların fəaliyyəti təsadüfi sayıla bilməz. Çünki, dünya ictimaiyyətinin təsəvvüründə bu və ya digər dövlətinyerini müəyyənləşdirmək üçün reytinq təşkilatları əhəmiyyətli rol oynayır.

Əgər reytinq təşkilatlarının hesabatlarını ardıcıllıqla izləsək, bəzi nüansları dərhal aydınlaşdıra bilərik. Məsələn, bu yaxınlarda belə təşkilatlardan biri ölkələri iqtisadi azadlıq meyarı ilə reytinqini dərc edib. Və hamının təəccübünə rəğmən, bu hesabatda Ermənistanda iqtisadi fəaliyyət azadlığı üzrə indüksi xeyli dövlət qabaqlayıb. Qəribədir, deyilmi? İqtisadiyyatı olduqca zəif olan ölkədə hansı oiqtisadi mazadlıqdan söhbət gedə bilər? Maraqlı burasıdır ki, Qərb dünyasında hamı yaxşı bilir ki, iqtisadi azadlıq iqtisadi inkişafın rəhnidir. Bunu elə Qərbin öz təcrübəsi sübut edir. Digər tərəfdən, əgər Ermənistanda iqtisadi azadlıq belə “fontan” vurursa, onda niyə bu ölkə düşdüyü iqtisadi tənəzzüldən qurtara bilmir? Onlar Ermənistandakı vəziyyəti hansı meyarlar əsasında qiymətləndiriblər? Aydın deyil. Olmayan şey haqda necə belə bir hökm vermək mümkündür? Belə görünür ki, Qərb üçün bu mümkündür. Necə ki, Azərbaycana gələndə reytinqlərin tərtibçiləri Azərbaycan reallığını görmür, daha dəqiqi, görmək istəmir və naturaca işləmək istəməyən beş-on nəfər qara-qışqırıqçını tapıb onların dediklərini ölkənin ictimai rəyi kimi təqdim edirlər. 

Bu mövqedən çıxış edərək, tam qətiyyətlə deyə bilərik ki, bu cür təşkilatların fəaliyyəti beynəlxalq siyasətin tərkib hissəsidir və azad deyil. Sifarişlər bəlli dairələrin qrant vəsaitləri hesabına yerinə yetirilir. Sonra da istədikləri nəticəni çıxarır və siyasi təzyiq vasitəsi kimi istifadə edirlər.

Bir neçə il əvvəl Azərbaycanın Nardaran qəsəbəsində baş verən olaylara görə xaricdə yaradılan təəssürat buna misaldır. Azərbaycan hökuməti vaxtında tərpənib ölkədən kənarda hazırlaşdırılmış və terror törətmək üçün geri göndərilmiş quldur dəstəsini vaxtında ifşa edib həbsə alanda, bəzi üzdəniraq radikal siyasətçilərin, ictimai münasibətləri alver predmetinə çevirən, daha doğrusu xaricdəki bəzi mürtəce fondların qrant vəsaitləri ilə “aga qara” deyən qeyri-hökumət təşkilatların yalan və saxta məlumatları əsasında terrorçulara “vicdan məhbusu” yarlığı yapışdırmağa cəhdlər edirdi. Məsələ burasındadır ki, həmin terrorçuların hədəfləri arasında qərblilərin Azərbaycandakı nümayəndələri də ola bilərdi. Amma, yox, onlar üçün bir məqsəd var: necə olur-olsun, Azərbaycan hakimiyyətini ləkələmək, sıxışdırmaq, beynəlxalq müstəvidə genişlənən əlaqələrini, artan nüfuzunu sındırmaq və öz geostrateji məqsədlərinin həyata keçirilməsinə münbit şərait yaratmaq.

Halbuki, həmin dairələrin xidmət etdikləri dövlətlər Azərbaycanla əməkdaşlıq edir, neftimizdən, təbii qazımızdan, kənd təsərrüfatı məhsullarımızdan faydalanırlar. Fikir verin, indi nəyi praktikadan keçirirlər. Sosial şəbəkələrdə hər bir kəs sərbəst şəkildə pul qazanmaq imkanına malikdir. Kompüteri alababat öyrən və özünə bir youtube kanalı düzəltməklə maraqlı videolarla abunəçi topla və buna görə sənə pul ödənsin. Əsas meyar daha çox abunəçi toplamaqdaır. Azərbaycanlı bloqçuların kanallarına nəzər salanda görünür ki, hamı tənqid edir və bunun üçün nəyin düz, nəyin yalan olmasına baxmayaraq, hər cür hədyanı danışır və adi görüntülərə də həyəcan qataraq təqdim etməyə çalışırlar. Hədəf də yalnız və yalnız dövlət rəhbərliyi, məmurlar və hüquq-mühafizə orqanlarıdır. Bəs, bu tendensiya nəyə hesablanıb?

Birincisi, gənclik oxuyub təhsil almaq, savadlanmaq əvəzinə iş-gücünü atıb düşür küçələrə, kim-kiminlə sözləşirsə, dalaşırsa, aldandığına görə pullarını itiribsə, əsəbi halda onu danışdırıb mütləq hakimiyyət nümayəndələri əleyhinə söz dedirtməyə çalışırlar. Məsələn, bu yaxınlar həvəskarların təqdimatında Bakı kəndlərindən birində baş vermiş yanğından videoya baxdım. Hardasa 25-30 tona qədər olan ot tayası alışmışdı və Abşeron küləyi elə bir sürətlə alovu yayırdı ki, qarşısını almaq olmurdu. Hadisə yerinə gələn bir neçə yanğınsöndürən maşın yanğınla ciddi mübarizədə idi. Amma, öz telefonları ilə çəkiliş aparanlar daha çox idi və həyəcanlanmış, bir az da qorxmuç insanlardan təkidlə fikir öyrənməyə çalışırdılar. Təntimiş bir nəfərin “bura heç kim baxmır, nə hökumət, nə məmurlar” deyə qışqırığını bu həvəskarlar göydə tutdular. Halbuki, heç kim sual vermirdi ki, axı, magistral yolun kənarında, şəxsi həyətyanı sahəsinin hasarını keçib küçəyə də yığılan bu ot tayalarını nə üçün belə təıhlükəsizlik qaydaları pozularaq yerləşdirilib. Bu işdə hökumətin nə günahı? Bəlkə də sahibi onu qışda baha satmaq üçün alıb və tam qurumamış üst-üstə yığb, nətisədə də ot alovlanıb. Çünki, düzgün vurulmayan ot tayaların içəridən alovlanmaq təhlükəsi ilə üz-üzədir.

Bu cür faktlar pozucu qüvvələrin gözündə böyük nöqsana çevrilir və xaricdə özlərinə yuva qurmuş radikal müxalifətçilər, başqa sözlə, siyasi alverçilər tərəfində yayılır. Bu bir proqramdır və Qərbin siyasi təzyiq formasıdır. Buna görə də, bəlkə də vaxtilə bizə inkişaf etmiş dövlətlər hansısa mənada örnək idilər, ancaq daha Azərbaycan belə tryukları anlamaq üçün yetırincə inkişaf edib və biz özümüz öz idarəçiliyimizi sərbəst keçirməyə, demokratik quruculuq prosesini inkişaf etdirməyə qabilik. Hər hansı reytinq nə qədər xoş yaxud naxoş olsa da, Azərbaycanın öz yolu, öz inkişaf perspektivləri var.

N.NOVRUZ