Bakıda avtomobil orta yaşlı kişini vurdu

5 İyul 2020 09:00 (UTC+04:00)

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mövqe.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Zabrat qəsəbəsində 1971-ci il təvəllüdlü Həsənov Rasim İnqilab oğlu yolu keçmək istəyərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol diz oynağının və döş qəfəsinin əziyi diaqnozları qoyulub.