Bakıda avtomobil gənc qadına xəsarət yetirdi

5 İyul 2020 10:35 (UTC+04:00)

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mövqe.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

A.Bakıxanov qəsəbəsində 1995-ci il təvəllüdlü Sadıqova Gülarə Aslan qızı yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ sağrının əziyi diaqnozu qoyulub.