Bakıda güclü yanğın başlayıb

5 İyul 2020 17:21 (UTC+04:00)

Bakının Suraxanı rayonu  ərazisində yanğın başlayıb.

Mövqe.az-ın məlumatına görə, yanğın Yeni Günəşli qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin yanında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Hələlik yanğının qarşısını almaq mümkün olmayıb. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.