Binəqədidə ev yanıb

5 İyul 2020 18:48 (UTC+04:00)

Mövqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 100 m2 olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 40 m2 sahədə və yaxınlıqda ümumi sahəsi 50 m2 olan köməkçi tikilinin dam örtüyü 4 m2 sahədə yanıb.

Evin və köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.