Bakıda 5 yaşlı uşaq 5-ci mərtəbədən yıxıldı

6 İyul 2020 10:00 (UTC+04:00)

Bakıda azyaşlı ehtiyatsızlıqdan 5-ci mərtəbədən yıxılıb.

Mövqe.az-ın məlumatına görə, hadisə Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində baş verib.

Həmin küçədəki binalardan birinin 5-ci mərtəbəsində yaşayan 2015-ci il təvəllüdlü azyaşlı eyvandan yıxılıb. Kəllə beyin travması alan uşaq xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.