Ağır qəza: xanım sərnişin öldü

6 İyul 2020 12:17 (UTC+04:00)

İsmayıllıda yol qəzası ölümə nəticələnib.

Mövqe.az xəbər verir ki, hadisə bu saatlarda İsmayıllıdan İvanovka kəndində gedən avtomobil yolunda baş verib.

İlkin məlumatlara görə, İvanovka kənd istiqamətində hərəkət edən "Ford" markalı avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan xanım sərnişin yerindəcə dünyasını dəyişib.

Hələlik ölən şəxsin kimliyi bəlli deyil. Faktla bağlı araşdırma aparılır.