Təhsil Nazirliyi bir qrup müəllim üçün təkrar müsahibələr təşkil edəcək

6 İyul 2020 12:37 (UTC+04:00)

Müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə 4-20 may tarixlərində keçirilən onlayn müsahibələrdə iştirakını təsdiq etməyən 90 namizəd üçün təkrar onlayn müsahibələr təşkil olunacaq. 

Bu barədə Mövqe.az-a İnsan Resursları Mərkəzindən məlumat verilib.

Məlumata görə, namizədlər şəxsi səhifələrində yerləşdirilmiş təlimatla tanış olaraq, əlavə edilmiş hissəyə elektron ünvanlarını daxil etməli, həmçinin 8 iyul saat 23:59-dək müsahibədə iştiraklarını təsdiqləməlidirlər.