Nazir Qarabağ qazisini rəis təyin etdi

6 İyul 2020 15:46 (UTC+04:00)

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Şamaxı rayon Polis Şöbəsinə yeni rəis təyin edib.

Mövqe.az Avtosfer.az-a istinadla xəbər verir ki, nazirin əmri ilə polis polkovniki Əliyəddin Səfərov Şamaxı rayon Polis Şöbəsinə rəis təyin edilib.

Ə.Səfərov bundan əvvəl Biləsuvar rayon Polis Şöbəsinin rəisi olub. O, Qarabağ müharibəsi iştirakçısıdır. Döyüşlərdə yaralanıb.