Azərbaycanlı baş məşqçinin İndoneziyadan dönüşü dörd aya gerçəkləşdi

7 İyul 2020 09:20 (UTC+04:00)
Qadın voleybolçulardan ibarət "Cakarta" komandası ilə İndoneziya çempionu olan baş məşqçi Ziya Rəcəbovun Azərbaycana qayıdacağı vaxt müəyyənləşib. Bu barədə "Report"a 38 yaşlı mütəxəssisin özü məlumat verib. O, hazırda Türkiyənin İstanbul şəhərində olduğunu və iyulun 9-da Bakıya gələcəyini bildirib. Qeyd edək ki, Ziya Rəcəbov mart ayından bəri koronavirus pandemiyası dövründə uçuşların olmaması səbəbindən İndoneziyadan Vətənə dönə bilmirdi.