"Samsung"un satışları azalıb

7 İyul 2020 12:22 (UTC+04:00)
Bu ilin II rübündən "Samsung Electronics Co." şirkətinin əməliyyat mənfəəti təxminən 6,8 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 22,7% çoxdur. "APA-Economics"in məlumatına görə, bu barədə şirkətin mənfəət və zərər proqnozu üzrə hesabatında deyilir. Qeyd olunub ki, əməliyyat mənfəəti rüblük müqayisədə 25,6% artıb. Hesabat dövründə "Samsung"un ümumi satışları təxminən 43 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3%, rüblük müqayisədə isə 6% azalıb.