Azərbaycanda qadın sürücü dəhşətli qəza törətdi - ÖLƏNLƏR VAR

7 İyul 2020 12:51 (UTC+04:00)
İyulun 6-da saat 23 radələrində Sabirabad rayonunda ağır yol qəzası baş verib. Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Qalağayın kəndi ərazisində şəhər sakini Nigar Məmmədovanın idarə etdiyi "Toyota" və İmişli rayon sakini R.Xudiyevin idarə etdiyi "Shacman" markalı avtomobillər toqquşub. Nəticədə N.Məmmədova və sərnişini Azər Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib. Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.