Nehrəmdə avtobus aşıb, ölən var

7 İyul 2020 13:10 (UTC+04:00)
Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub. Daxili İşlər Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, iyulun 6-da saat 7 radələrində Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində qəsəbə sakini C.Vahabov idarə etdiyi "İsuzu" markalı avtobusu qaz borusuna və rabitə dirəyinə vurub aşırıb. Nəticədə C.Vahabovun sərnişini Yusif Zeynalov hadisə yerində ölüb. Babək RPŞ tərəfindən araşdırma aparılır.