Azərbaycanda yüksək vəzifəli şəxs vəfat etdi - FOTO

7 İyul 2020 13:31 (UTC+04:00)
Ağdaş Rayon Maliyyə idarəsinin rəisi Əhmədəli Hacıyev vəfat edib. Mövqe.az xəbər verir ki, Ə.Hacıyev 69 yaşında dünyasını dəyişib. Hacıyev Əhmədəli Əhməd oğlu 1951-ci il sentyabr ayının 4-də Ağdaş rayonunda anadan olub. 1999-cu ildən Ağdaş rayon Maliyyə idarəsinin rəisi vəzifəsində çalışıb.