Azərbaycanda tanınmış qəzet fəaliyyətini dayandırdı

7 İyul 2020 13:37 (UTC+04:00)
"Palitra" qəzeti fəaliyyətini dayandırıb. Publika.az xəbər verir ki, qəzetin redaksiya heyəti avqustun 1-nə kimi fəaliyyətinə ara vermək və yalnız sayt versiyası üzərində çalışmaqla bağlı qərar qəbul edib. Qeyd edək ki, dünən qəzetin əməkdaşlarından Tural Tağıyev işdən çıxması ilə bağlı məlumat yayıb.