Ronaldo Messiyə çatdı

8 İyul 2020 13:53 (UTC+04:00)

Juventus-un hücumçusu Kriştiano Ronaldo İtaliya çempionatının 31-ci turunda Milan-a qarşı görüşdə (2:4) fərqlənməyi bacarıb.

Goal.az xəbər verir ki, bu, portuqaliyalının bu mövsüm A Seriyasında 26-cı qolu olub.

Məlumata görə, Ronaldo ardıcıl 10 ildir milli çempionatlarda 25-dən çox qol vurmağı bacarır. Daha öncə bu uğur yalnız Barcelona-nın futbolçusu Lionel Messiyə məxsus idi.

Qeyd edək ki, Kriştiano cari mövsüm Juventus-da 39 oyun keçirib və 30 qol vurub.