AzTV-nin koronavirusa yoluxan əməkdaşlarından biri sağalıb

8 İyul 2020 17:53 (UTC+04:00)

AzTV-nin koronavirusa yoluxmuş aparıcısı Ülfət Rəhim sağalıb.

Mövqe.az-ın məlumatına görə, bu barədə aparıcı özü sosial şəbəkədə məlumat verib.

"Bilənlər bilir, artıq xeyli müddətdir evdəyəm. Müalicəm tam başa çatıb, şükürlər olsun. Analizlərin cavabları da gözəl çıxıb. Çətin bir dönəmdən keçdim", - aparıcı qeyd edib.