İki maşın toqquşdu,ölən piyada oldu

25 İyul 2013 13:50 (UTC+04:00)

Mərdəkanda qəza törədən maşın piyadanı vurub

Toqquşan maşınların vurduğu piyada öldü. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Xəzər rayonu Mərdəkan qəsəbəsində Bakı şəhər sakinləri Dəyanət Eyvazovun idarə etdiyi "Daewoo" markalı və Elçin Məlikovun idarə etdiyi "Hyundai" markalı avtomobillər toqquşub. 


Nəticədə, D.Eyvazovun idarə etdiyi avtomobil yolun kənarında dayanmış Gülxar Rəhimovu vurub. O, aldığı xəsarətdən iyulun 24-də 3 saylı xəstəxanada ölüb.