Daha bir jurnalist virusa yoluxdu - Açıqlama

9 İyul 2020 17:36 (UTC+04:00)

Bakupost.az saytının əməkdaşı koronavirusa yoluxub.

Bunu Axar.az-a açıqlamasında saytın baş redaktoru Elçin Zahiroğlu deyib. O bildirib ki, sözügedən əməkdaş tez-tez xəstəxanalarda olurdu və ictimai nəqliyyatdan istifadə edirdi:

"Bir aya yaxın idi ki, narahat idi. Bir neçə dəfə test vermişdi və nəticə neqativ çıxmışdı. Lakin sonuncu test zamanı virusa yoluxduğu aşkarlanıb".

E.Zahiroğlu onu da qeyd edib ki, saytın əməkdaşları pandemiya ilə əlaqədar iki aya yaxındır evdən işlədiyi üçün həmin əməkdaşın digər işçiləri yoluxdurma ehtimalı azdır.