İTV-də daha 5 əməkdaş koronaya yoluxdu - Açıqlama

9 İyul 2020 17:42 (UTC+04:00)

Bugünədək İctimai Televiziya və Radio Yayımları Şirkətinin 7 əməkdaşı koronavirusa yoluxub.

Bunu Axar.az-a açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin mətbuat xidmətinin rəhbəri Aynurə Asimqızı deyib. O bildirib ki, hazırda yoluxanlardan biri xəstəxanada, dördü isə evdə müalicə alır:

"Ötən ay COVİD-19 diaqnozu qoyulan və xəstəxanada müalicə alan iki əməkdaş sağalaraq evə buraxılıb. Hazırda digər əməkdaşlardan dördü ev şəraitində, bir nəfər isə xəstəxanada müalicə alır".

A.Asimqızı onu da qeyd edib ki, şirkətin inzibati binası mütəmadi dezinfeksiya edilir, binaya daxil olan hər kəsin bədən hərarəti ölçülür, əməkdaşlar xüsusi dezinfeksiyaedici mayelər və qoruyucu maskalarla təmin edilir.