Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır

10 İyul 2020 09:29 (UTC+04:00)

2020-2021-ci tədris ili üçün keçiriləcək müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu növbəti həftədən başlayacaq.

Bu barədə Mövqe.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bu il müsabiqənin test mərhələsinin ölkənin bir neçə şəhər və rayonlarında, fərqli məkanlarda, müvafiq sanitar-epidemioloji tələblərə riayət olunmaqla keçirilməsi planlaşdırılır.