İstirahət mərkəzinin ərazisində yanğın olub

10 İyul 2020 10:10 (UTC+04:00)

Abşeron rayonunda istirahət mərkəzinin ərazisində ümumi sahəsi 50 m² olan mətbəxdə 1 ədəd pəncərə çərçivəsi və soyuducu yanıb.

Bu barədə Mövqe.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 50 m² sahədə əriyib. Mətbəxin qalan hissəsi və istirahət mərkəzi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.