Fransa millisinin keçmiş hücumçusu David Trezeqe PSG-nin forvardı Kilian Mbappe haqqında fikirlərini bölüşüb.
Goal.az xəbər verir ki, Trezeqe Mbappenin texniki baxımdan Kriştiano Ronaldodan üstün olduğunu düşünür:
"Mbappe hündür, texniki, cəld və hər iki ayağı ilə oynaya bilən futbolçudu. O, Kriştiano və Messinin qarışığıdı. Amma texniki baxımdan Mbappe Ronaldodan üstündü". (Fanat)