"Artıq yaşlanmaq istəyirəm"

25 İyul 2013 15:20 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İllər keçdikcə yaşlanacağına cavanlaşan Benjamin Button hekayəsi reallaşıb. 17 ildir eyni yaşda görünməyi bacaran Bianka Lavson adlı aktrisa yaşlanamadığı üçün gənclik seriallarında rol alır. Holivud filmi Benjamin Buttonun Qəribə Hikayesində adı keçən sonsuz gənclik yenə Holivudda reallaşıb.  Lavson düz 17 ildir 17 yaşındakı gənc qız rollarını canlandırır. Bu gün 34 yaşındakı Lavson, gənc görünüşünün sirrini anlamadığını deyir. Son "Teen Wolf" adlı filmdə yenə 17 yaşındakı gənc qızı canlandıran Lavson, "Artıq yaşlanmaq istəyirəm" deyib.