Premyer Liqada ayın ən yaxşı futbolçusu seçildi

10 İyul 2020 16:16 (UTC+04:00)

İngiltərə Premyer Liqasında iyunun ən yaxşı futbolçusu məlum olub.

Goal.az xəbər verir ki, bu, Manchester United-in futbolçusu Bruno Fernandeşdir.

Portuqaliyalı yarımmüdafiəçi ötən ay Premyer Liqada iştirak etdiyi 3 oyunda 3 qol vurub. Fernandeş fevralda da ən yaxşı futbolçu seçilmişdi.