Daha 526 nəfər koronaya yoluxdu: 8 nəfər öldü

10 İyul 2020 17:08 (UTC+04:00)

Bu gün ölkəmizdə 526 yeni yoluxma faktı qeydə alınıb, 8 nəfər həyatını itirib.

Mövqe.az xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Ölkə üzrə 22 990 nəfər koronavirusa yoluxub, 292 nəfər dünyasını dəyişib", - o bildirib.