Bakıda evdə müalicə alan xəstələrinin sayı açıqlandı

10 İyul 2020 18:13 (UTC+04:00)

“Ölkəmizdə koronavirus xəstələri ilə bağlı ən böyük yük Bakının payına düşür”.

Mövqe.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Hazırda Bakı üzrə evdə müşahidəyə götürülən xəstələrin sayı 10 202-dir. Onların arasında uşaqlar da var. Evdə müşahidənin regionlarda tətbiqinə hələ ki, zərurət yoxdur. Zərurət olarsa, buna da baxılacaq”, o bildirib.