Nazirin səhhəti ilə bağlı - Rəsmi açıqlama

10 İyul 2020 18:22 (UTC+04:00)

Azərbaycan Respublikasında koronavirusa qarşı mübarizədə bütün dövlət strukturları birgə fəaliyyət göstərir.

Mövqe.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Azərbaycanda çoxköklü səhiyyə islahatlarının aparılması nəzərdə tutulurdu. Bu istiqamətdə konkret planlar var idi ki, koronavirus müəyyən real çətinliklər yaratdı.

Hər bir dövlət strukturunun fəaliyyəti vahid mərkəzdə idarə olunur və məqsəd onların effektiv şəkildə təmin edilməsindən ibarətdir".

Nadir Zeynalov əlavə edib ki, Səhiyyə naziri Oqtay Şirəliyevin səhhətində heç bir problem yoxdur və iş başındadır: "Səhiyyə Nazirliyi və TƏBİB arasında əməkdaşlıq mövcuddur. Bizim məqsədimiz o deyildi ki, təcili yarımdan yükü alıb, poliklinikaların üzərinə ataq. Buna görə vətəndaşlardan xahiş edirik ki, poliklinikalarla telefon vasitəsilə əlaqə saxlasınlar".