Sərt karantin rejimi digər rayonlarda da tətbiq olunacaq?

10 İyul 2020 18:35 (UTC+04:00)

Sərt karantin rejimi epidemioloji vəziyyətin dəyişməsindən asılı olaraq digər rayonlara daxil ola bilər.

Mövqe.az xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib. O qeyd edib ki, hansı rayonlar bu siyahıya daxil deyilsə, bu o deməkdir ki, orada olan vəziyyət nəzarət altındadır.

Yaqut Qarayeva əlavə edib ki, bu gün çimərliklərin açılması zamanı sıxlığın müşahidə olunmasına səbəb olacaq:

"Bizim əsas məqsədimiz insanlar arasında sosial məsafənin saxlanılması, insanların bir yerə toplaşmamasıdır. Biz bu çətinlikləri çox yaxşı başa düşürük"