Cahangir Əsgərov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM

11 İyul 2020 10:54 (UTC+04:00)

Prezident İlham Əliyev C.C.Əsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Mövqe.az-ın məlumatına görə, sərəncəma əsasən, Azərbaycan Respublikasında mülki aviasiyanın inkişafında xüsusi xidmətlərinə görə Cahangir Calal oğlu Əsgərov “Şərəf” ordeni ilə təltif edilib.