Koronavirusa yoluxan jurnalist Aynur Nəsirova sağalıb

11 İyul 2020 12:22 (UTC+04:00)

Koronavirusa yoluxan ARB24 televiziyasının baş redaktor müavini Aynur Nəsriova sağalıb.

Mövqe.az-ın məlumatına görə, bu barədə Aynur Nəsirova özü məlumat verib.

O bildirib ki, koronavirus test nəticəsi neqativ çıxıb və artıq evə buraxılıb. Bundan sonra isə 14 günlük karantin rejimində olacaq.