Premyer Liqada ilk vida

11 İyul 2020 22:30 (UTC+04:00)

İngiltərə Premyer Liqasını tərk edəcək ilk klub müəyyənləşib.

Goal.az xəbər verir ki, 35-ci turda doğma meydanda West Ham-lə qarşılaşan Norwich City 0:4 hesablı məğlubiyyətlə üzləşib.

Bu nəticədən sonra 21 xalda qalan Norwich-in ölkə çempionatının bitməsinə 3 tur qalmış elitanı tərk edəcəyi dəqiqləşib. West Ham isə xal hesabını 34-ə çatdırıb və hazırda 16-cı pillədə qərarlaşıb.