Bakıda iki uşağı avtomobil vurdu

12 İyul 2020 21:37 (UTC+04:00)

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, Sabunçu rayonunda avtomobil 9 yaşlı Yusubova Aysu Əlihuseyn qızını və 8 yaşlı Yusubova  Rüqəyya Bayandur qızını vurub. 

Azyaşlı uşaqlar təcili yardım avtomobili ilə 3 nömrəli Şəhər Klinik Xəstəxanasına aparılıblar. Onlara qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Yaralıların vəziyyəti ağırdır.