Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib

13 İyul 2020 00:07 (UTC+04:00)

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mövqe.az-a bildiriblər ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən artileriya atəşinə tutub:

"Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir".