Düşmən Ağdamı atəşə tutur: cavab... - MN-dən son dəqiqə

13 İyul 2020 01:05 (UTC+04:00)

Ermənistan silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 millimetrlik minaatanlardan atəşə tutub.

Bu barədə Mövqe.az-a Müdafiə Naziliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hazırda cəbhə xətti boyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.