Azərbaycanın idman ictimaiyyətindən əsgərlərimizə dəstək

13 İyul 2020 15:04 (UTC+04:00)

Azərbaycanın idman ictimaiyyəti iyulun 12-də Ermənistanla dövlət sərhədinin Tovuz rayonu hissəsində düşmən tərəfinin təxribatı nəticəsində yaşanan hadisələrə biganə qalmayıb.

Mövqe.az-ın məlumatına görə, müxtəlif idman növləri üzrə federasiyalar, Premyer Liqa klubları, eləcə də Azərbaycan İdman Jurnalistləri Federasiyası sosial şəbəkələrdəki rəsmi hesabları vasitəsilə Milli Ordumuza dəstək nümayiş etdiriblər.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə şəhid olan hərbi qulluqçulara Allahdan rəhmət, yaralılara isə şəfa arzulanıb.

Qeyd edək ki, dünənki döyüşlər nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 4 nəfər şəhid olub, yaralılarımız var.