Ermənistan daha 3 hərbçinin yaralandığını etiraf etdi

13 İyul 2020 16:22 (UTC+04:00)

Sərhəddə baş verən qarşıdurmada Ermənistanın 3 hərbi qulluqçusu yaralanıb.

“Report” "News.am"a istinadən xəbər verir ki, bunu Ermənistanın Tavuş vilayətinin qubernatoru Ayk Çobanyan deyib.

Onun sözlərinə görə, yaralılar Berd şəhərinin xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, daha öncə Ermənistanın 2 polisinin yaralandığı açıqlanmışdı.