Şəhid baş leytenant Biləsuvarda dəfn edilib

13 İyul 2020 17:00 (UTC+04:00)

Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan baş leytenantı Mahmudov Rəşad Rəşid oğlu dəfn edilib.

“Report”un Muğan bürosu xəbər verir ki, şəhidin cənazəsi Biləsuvar rayonunun Aşağı Cürəli kənd qəbiristanlığında torpağa tapşırılıb.